Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti Bakıda keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti 2019-cu ildə Bakıda keçiriləcək.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu təşkilatın Baş katibi Baqdad Amreyev deyib.

O bildirib ki, Qırğızıstanda başa çatmış sammitdə birgə bəyannamə imzalanıb ki, bu sənəddə təşkilatın fəaliyyətinin bütün istiqamətləri, eləcə də türk dövlətlərinin inkişaf konsepsiyası öz əksini tapıb.

Baş katib əlavə edib ki, sammitin daha bir vacib məqamı Macarıstanın müşahidəçi statusunun alması olub. Hazırda isə Özbəkistanın Şuraya üzvlük məsələsi müzakirə olunur.

BAKI: Avtobusda yer üstündə DAVA - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR