Araz Abdullayev "Qarabağ"da 9 nömrəli formada çıxış edəcək

Azərbaycan yığmasının üzvü Araz Abdullayev "Qarabağ"da 9 nömrəli formada çıxış edəcək.

Bu barədə Metbuat.az klubun "Facebook"dakı səhifəsinə istinadən məlumat verir.

"Qarabağ” transfer pəncərəsinin son günündə milli komandamızın üzvü A.Abdullayevi heyətinə qatmışdı. Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan futbolçu növbəti 2 mövsümü icarə əsasında Ağdam klubunda keçirəcək.

26 yaşlı idmançı son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

Avtovağzalda xırda pul PROBLEMİ? - Sərnişin narazıdır / AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR