Play Store

Neft Fondu qiyməti açıqladı

Neft Fondu qiyməti açıqladı
12:16 23 Aprel 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Fondu (ADNF) Danimarkanın "SimCorp Ltd." şirkəti ilə portfel idarəetmə və mühasibat sistemi üzrə müqavilənin qiymətini açıqlayıb.

ANS PRESS xəbər verir ki, müqavilə 2014-cü il dekabrın 26-da bağlanılıb və məbləği 8 milyon 48 min ABŞ dolları təşkil edir. Bu barədə rəsmi məlumat aprelin 22-də verilib. Müqavilə müddəti açıqlanmır.

Danimarka şirkəti müqavilə imzalanan zaman bildirib ki, Fondun əldə etdiyi qiymətli kağızları dəstəkləyəcək, gəlirləri və investisiya fəaliyyətinin alternativ idarə olunmasını təmin edəcək. Biznes funksiyaları portfelin, sifarişlərin idarə edilməsi və s. məsələlərə aiddir.

"SimCorp Ltd." 1971-ci ildə yaradılıb. Kopenhagendə yerləşən şirkətin 1100 əməkdaşı və dünyada 165 müştərisi var.

Ümumiyyətlə, ötən ilin sonu üçün ARDNF-nin aktivləri $37 milyard 148.3 milyon olub. Bunun 80.6%-i istiqrazlar, 5.4%-i səhmlər, 2.9%-i daşınmaz əmlak, 6.9%-i pul bazarının depozit və alətləri, 5.3%-i qızıldır. Aktivlərin idarə edilməsindən gəlirlilik 1.47% olub. Vəsaitlərin bir hissəsini 4 menecer idarə edir: DB, "Deutsche Bank Advisors", "UBS Global Asset Management" və "State Street Global Advisors" (SSgA).

Xatırladaq ki, Azərbaycan prezidentinin 19 yanvar 2015-ci il tarixli Fərmanına əsasən, bu il ADNF-in investisiya portfeli 28.2 mlrd manat (devalvasiyaya qədər) proqnozlaşdırılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=339872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR