Azərbaycan hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

Avtovağzalda xırda pul PROBLEMİ? - Sərnişin narazıdır / AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR