Həmyerlimiz “O Səs Türkiyə”də qalib oldu (VİDEO)

Həmyerlimiz “O Səs Türkiyə”də qalib oldu (VİDEO)
03:11 13 Yanvar 2015
232 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı duel mərhələsində Rusiyadan qatılan həmyerlimiz Məltəm Ababsova türkiyəli iştirakçı Nesil Ayanla mübarizə aparıb.

Ebru Gündeşin komandasında çıxış edən duel iştirakçıları Ceyms Braunun repertuarından məşhur “I feel good” mahnısını ifa edib.

Münsiflər və tamaşaçılar onların çıxışını çox bəyəniblər.

Sonda seçim edən Ebru Gündeş qrupda yolunu Məltəmlə davam etdirmək istədiyini söyləyib.

Xatırladaq ki, Məltəm Abbasova "O səs Türkiyə" müsabiqəsinə “Listen” adlı mahnı ilə qatılmış və münsiflər tərəfindən bəyənildikdən sonra Ebru gündeşin komandasında iştirakını davam etdirmişdir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR