UEFA Qvardiolanı cəzalandıra bilər

UEFA Qvardiolanı cəzalandıra bilər
12:17 23 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

UEFA "Bavariya"nın baş məşqçisi Pep Qvardiolaya cəza tətbiq edə bilər.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna təcrübəli mütəxəssisin "Portu"ya qarşı Çempionlar Liqasında keçirilən cavab qarşılaşması öncəsi təşkil edilən mətbuat konfransında "Topo üçün ədalət" yazılı köynək geyinməsi səbəb olub.
 
Jurnalist Xorxe El Topo Lopez "DÇ-2014" üçün Braziliyada olduğu zaman avtomobil qəzasında vəfat edib. Ancaq sonradan onun öldürüldüyü iddia edilib.
 
UEFA İntizam Komitəsi idman tədbirini başqa məqsədlə istifadə etdiyi üçün P.Qvardiola haqda araşdırmaya başlayıb.
 
Qeyd edək ki, "Barselona"nın futbolçusu Lionel Messinin də yaxın dostu olan Xorxe El Topo Lopez üçün bir çox məşqçi və futbolçu mesajlar yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR