FHN batan 2 nəfəri axtarır

29.08.2018-ci il tarixində Mingəçevir su anbarında (nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, K.Hüseynovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran və Muğan dalğıc-axtarış qrupları, E.Quliyevin axtarışlarına Aran dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Avtovağzalda xırda pul PROBLEMİ? - Sərnişin narazıdır / AÇIQLAMA - Oxumaq üçün tıkla




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR