Gəncədə 18 yaşlı qız itkin düşüb

Gəncə şəhərində gənc qız itkin düşüb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşayan, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, sentyabrın 2-də səhər saatlarında onunla birlikdə yaşayan 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova evdən çıxıb və bir daha geri qayıtmayıb.

L.Həsənova evdən çıxarkən əynində qara şalvar, qara ayaqqabı, çəhrayı köynək olub. Onun boyu 155 sm, normal bədən quruluşludur. L. Həsənovanın boğazında yanıq izi var.

Avtovağzalda xırda pul PROBLEMİ? - Sərnişin narazıdır / AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR