Lənkəran-Lerik yolu yenidən qurulur - VİDEO

55 km uzunluğa malik Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır.

Frezlənmiş və torpaq işləri aparılmış ərazilərdə artıq asfaltlanmaya da start verilib. Həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənir. Bunun ardınca texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Bunun üçün xüsusi qrup qrunt əraziyə gətirilərək yayılacaq və kipləşdiriləcək, avtoqreyderlə küvetlər açılacaq, həmçinin dəmir-beton küvetlər inşa ediləcək.

Bundan başqa yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyası da nəzərdə tutulub.

İnşaat işləri mövcud tikinti norma v qaydalarına uyğun şəkildə aparılır.

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Avtovağzalda xırda pul PROBLEMİ? - Sərnişin narazıdır / AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR