Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək
12:22 23 Aprel 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın səhiyyə Naziri Oqtay Şirəliyev aprelin 24-də Qusar mərkəzi rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən "Report"a verilən məlumata görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/oqtay-sireliyev-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR