[ 23 Aprel 2015 13:15 ]
Bakı – APA. Moskvada yataqxanada baş vermiş yanğın nəticəsində 40-dan çox adam xəsarət alıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, həkimə müraciət edən 43 nəfərdən 35-i xəstəxanaya yerləşdirilib.
Onların hamısı tüstüdən zəhərlənib.
Qeyd edək ki, yanğın Piroqov adına Rusiya Milli Araşdırma Tibb Universitetinin yataqxanasında baş verib. Xilasedicilər binadan 680 nəfəri təxliyyə ediblər.