“DəmirBank” “Elektron Hökümət” portalına qoşulub - FOTO

“DəmirBank” “Elektron Hökümət” portalına qoşulub - FOTO
13:22 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 13:15 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Elektron Hökumət” portalı ilə əməkdaşlığı başlayaraq kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə etməyi təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müvafiq müqavilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “DəmirBank” arasında imzalanıb.

 

Artıq, kredit əldə etmək üçün arayışlar daha sadələşdirilmiş formada elektron şəkildə təqdim edilə bilər. Bunun üçün müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.

 

Müqavilə şərtlərinə əsasən vətəndaşlar tərəfindən elektron arayışların formalaşması üçün bankın filiallarında xüsusi texniki imkanlar yaradılıb. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompüterlər vasitəsilə formalaşdıra bilər.

 

Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır. Bankla iş tarixçəsindən və ödəniş qabiliyyətindən asılı olaraq ona nağd kredit, Dəmirtaksit kartları və digər kredit məhsulları təqdim edilə bilər.

 

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. Həmçinin “DəmirBank” “Fitch Ratings” Beynəlxalq qiymətləndirmə agentliyindən “stabil” proqnozlu “B” reytinqinə, eyni zamanda “Planet Ratings” agentliyindən “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR