Nazirlik pensiya ilə bağlı şikayəti araşdırdı: "Tam əsassızdır"

"Bəzi sosial media səhifələrində paylaşılan “Əlilliyi olan qızımın pensiyasını kəsiblər ki, yenidən yoxlansın” başlıqlı yazı ilə bağlı nazirlik tərəfindən araşdırma aparılıb. Yazıda Ağcabədi rayon Kəhrizli kənd sakini Ramiz Sarıyevin qızı, 1999-cu ildə doğulmuş Nazpəri Sarıyevaya əlilliyə görə ödənilən aylıq sosial müavinətin dayandırılması barədə əksini tapan şikayəti tam əsassızdır".

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, N.Sarıyeva sağlamlıq imkanları məhdudluğa görə 18 yaşı tamam olana qədər aylıq sosial müavinət alıb. 18 yaşı tamam olduğu vaxtdan isə qanunvericiliyə uyğun olaraq ona anadangəlmə xəstəliyi nəzərə alınmaqla avtomatik olaraq cari ilin mart ayında ikinci qrup əlillik təyin olunub.

Qeyd edilib ki, ikinci qrup əlilliyə görə aylıq müavinət təyin olunaraq, vəsait vətəndaşa bankomat vasitəsilə bu günədək tam ödənilib.

"R.Sarıyevlə əlaqə saxlanılarkən o, qızı N.Sarıyevaya birinci qrup əlillik təyin olunmasını istədiyini, buna görə də ikinci qrup əlillik təyinatından narazı qaldığını, jurnalistlə danışarkən isə fikirlərini səhv ifadə edərək, qızına ümumiyyətlə əlillik təyin olunmadığı, müavinətinin dayandırıldığı barədə yanlış məlumat verdiyini etiraf etdi.

R.Sarıyevə onun qızının əlillik vəziyyətinin müvafiq səhiyyə müəssisəsindən daxil olmuş Forma 88 adlanan göndərişdə əksini tapan xəstəlik məlumatları əsas götürülməklə obyektiv şəkildə qiymətləndirildiyi izah olunub", - deyə məlumatda qeyd olunub.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR