Play Store

Taksi sürücüsünün qətli ilə bağlı RƏSMİ MƏLUMAT

Taksi sürücüsünün qətli ilə bağlı RƏSMİ MƏLUMAT
12:24 23 Aprel 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 22-də Bərdə rayonunun Güloğlular kəndinin sakini Ceyhun İbrahimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi, əvvəllər məhkum olunmuş Elsevər Cəfərov tutulub.

 

Qeyd edək ki, hadisə Bərdə bazarında baş verib. Qətlə yetirilən şəxs taksi sürücüsü imiş.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR