Erməni ailəsini qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb

Erməni ailəsini qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb
03:27 13 Yanvar 2015
268 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 03:21 ]

Bakı-APA. Ermənistanın Gümrü şəhərində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbçi Valeri Permyakov yaxalanıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, V.Permyakov Ermənistan-Türkiyə sərhədində, Bayandur kəndi yaxınlığında tutulub.

 

Ermənistanın hüquq-mühafizə orqanları rusiyalı hərbçinin saxlandığını təsdiqləyib.

 

Məlum olduğu kimi, yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu da bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR