Bu gün Pakistanın yeni prezidenti seçiləcək

Bu gün Pakistanda yeni prezident seçiləcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli ölkə parlamentinin aşağı və yuxarı palatalarında, həmçinin 4 əyalət məclisində eyni vaxtda başlayacaq seçkilər yerli vaxtla saat 16:00-da başa çatacaq.

İqtidar və müxalifət partiyalarından üç namizədin mübarizə apardığı seçkidə hakim Pakistan Ədalət Hərəkatı partiyasının seçkilərdəki namizədi siiyasi təşkilatın qurucularından biri və parlamentin aşağı palatasının üzvü Arif Alvindir.

Pakistan Xalq Partiyası prezident postuna Aitizaz Ahsanın, müxalifətdə yer alan digər partiyalar isə beş partiyanın seçki ittifaqı olan Birləşmiş Aksiya Hərəkatının lideri Mevlana Fazlurrahmanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, Pakistanda ümumilikdə 706 üzvünün olduğu 6 parlamentdə keçiriləcək seçkilərdə minimum 236 səs yığan namizəd beş il müddətində ölkənin prezidenti olacaq. Hazırki prezidenti Məmnun Hüseynin səlahiyyət müddəti isə sentyabrın 9-da başa çatacaq.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR