Qvardiolanı cəza gözləyir (FOTO)

Pep Qvardiola "Porto" ilə görüşdən sonra mətbuat konfransında geydiyi t-şörtlə gündəmə gəlib.

Metbuat.az "Eurosport"a istinadən xəbər verir ki, üzərində "Justicia Para Topo" yazılan t-şört səbəbindən ispan mütəxəssis cəzalandırıla bilər.

Qvardiola bu sloqanla DÇ-2014 zamanı vəfat edən argentinalı jurnalistin ölümünün araşdırılmasına işarə vurub. UEFA qaydaları isə provakasiya yarada biləcək belə şeyləri qadağan edir. Qurumun İntizam Komitəsi 21 mayda keçiriləcək iclasda Pep barədə yekun qərarı açıqlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR