Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, ötən gün 1990-cı il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Vazgen Xaçatryan yol qəzası nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sentyabrın 2-si axşam saatlarında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdə olan 1996-cı il təvəllüdlü əsgər Vanik Gevorkyan intihar edib.

Günün qoroskopu - Əsassız xərclərdən uzaq durun - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR