[ 23 Aprel 2015 13:30 ]
Bakı. Fuad Cəfərov – APA. Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Kürdəmir rayonunun Qağacılı kənd sakini Zaur Abdurahmanov qısqanclıq zəminində həmkəndlisi Dəyanət Xəlilova bıçaqla xəsarət yetirib.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Abdurahmanov tutulub.