Kassadan qəbzi niyə almalıyıq? - Hüquqi izahı

Hər birimiz dükandan alış-veriş edərkən kassaya yaxınlaşıb, ödəmə edirik. Lakin hərdən kassa işçisinin bizə uzatdığı qəbzi götürmürük.

Kassadan qəbzi almaq alıcı üçün hansı imkanlar yaradır?

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən alqı-satqıdan sonra müştərilərə qəbzin verilməsi mütləqdir, qanunun tələbidir”.

Bu sözləri Metbuat.az saytına açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib. Onun sözlərinə görə, hər bir müştəri alış-veriş etdikdən sonra ona kassa çekinin və ya ödəniş qəbzinin verilməsini tələb edə bilər:

“Kassa çeki qanunvericiliyə əsasən, rəsmi ödəniş sənədlərindən biridir. Bu, gələcəkdə həm alıcı, həm də satıcı tərəfi müəyyən problemlərdən sığortalayır. Belə ki, məhsulda hər hansı çatışmamazlıq olanda, qəbz qanunla müəyyən edilmiş müddətdə məhsulun geri qaytarılmasını və ya zəmanət müddətilə bağlı müəyyən məsələləri tələb etmək hüququnun həyata keçirilməsini təmin edir. Satıcı üçün isə kassa çeki, həqiqətən də həmin məhsulun alınıb-alınmamasının təsdiq edilməsi problemini həll edir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR