Bakı. 23 aprel. REPORT.AZ/ Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 66 saylı xətt avtobusunda Bakı şəhər sakini Daxıl Nəzərovun cibindən 40 manat oğurlayan paytaxt sakini Xaliq Səmədov tutulub.
Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.