"Devalvasiya siyasəti kapital bazarlarındakı aktivliyə təsir edib"

"Devalvasiya siyasəti kapital bazarlarındakı aktivliyə təsir edib"
12:39 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cari ilin birinci rübü ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lent.az-a verilən məulmata görə, QKDK-nın sədri Rüfət Aslanlı bu ilin 1-ci rübü ərzində dünyanın inkişaf etmiş iqtisadiyyatlarında maliyyə böhranının yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının özünün artım tempini qoruyub saxladığını bildirib.

R.Aslanlı ölkə başçısı İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində cari ilin ilk rübündə qeyri-neft sektorunun ümumi daxili məhsulun əksər hissəsini təşkil etdiyini, inflyasiyanın aşağı səviyyədə olduğunu, eləcə də dövlət investisiya proqramlarının əhatə dairəsini daha da genişləndirdiyini vurğulayıb. Sədr dünya bazarında neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadiyyata çox sıx inteqrasiya olunmuş Azərbaycanın xarici valyuta gəlirlərinə təsir etdiyini, bununla yanaşı ölkənin maliyyə sektorundakı fəaliyyətində fərqli aspektlərin müşahidə olunduğunu və bu sferada artımın təmin olunması üçün monetar siyasətdə dəyişikliyin zəruri olduğunu qeyd edib.

 

Komitə sədri ölkənin maliyyə sektorunda baş verən devalvasiya siyasətinin kapital bazarlarındakı aktivliyə təsirsiz ötüşmədiyini vurğulayaraq, bazardakı əməliyyatların sayında 22%-lik artımın müşahidə olunduğunu, investorların uzunmüddətli aktivlərə, bazarda likvidliyi təmin olunan korporativ istiqrazlara marağının azaldığını bildirib. R.Aslanlı bazardakı törəmə alətlərin ticarətində artımın 4 milyard manatı üstələdiyini, cari ilin birinci rübündə bazardakı ticarətin 80%-ini təşkil etdiyini diqqətə çatdıraraq, növbəti rübdə də bu proseslərin davam edəcəyinə ümid bəslədiyini və kapital bazarlarının dayanıqlılığının qorunması üçün lazım olan əlavə tədbirlərin mütəmadi diqqət mərkəzində saxlandığını qeyd edib.

 

Sədr Azərbaycan hökumətinin bütün sahələrdə olduğu kimi, maliyyə sferasında da uzunmüddətli proqnozlarının özünü doğrultduğunu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin düzgün icrası nəticəsində dünya iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyaların ölkənin maliyyə bazarlarına az təsir göstərdiyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR