Dünyanın ən böyük heykəli inşa edilir - 430 milyon dollara / FOTOLAR

Hindistanının Əhmədabad şəhərində inşasına başlanan dünyanın ən böyük heykəli (182 metr) tamamlanma mərhələsinə çatıb.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, Hindistanın birinci Daxili işlər naziri Sardar Patelin şərəfinə hazırlanan heykəlin açılışı 31 oktyabrda baş tutacaq. 430 milyon dollara başa gələn heykəlin tikintisi üçün Çindən yüzlərlə işçi gətirilib. Heykəlin inşası üçün 2500 işçi cəlb olunub.

Qeyd edək ki, bu heykəl dünyanın ən böyük heykəli olacaq. Hazırda dünyanın ən böyük heykəli Çində yerləşən Budda Yaz Məbədidir (128 metr).

Aysel Yaqubqızı / Metbuat.az

Goranboyda tunc dövrünə aid yaşayış yeri aşkarlanıb - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR