Araqdan kütləvi zəhərlənmə: 12 ölü

Araqdan kütləvi zəhərlənmə: 12 ölü
03:39 13 Yanvar 2015
209 Dünya
Ölkə mətbuatı
A- A+

Keyfiyyətsiz alkoqolun istifadəsi səbəbindən Hindistanın Uttar-Pradeş ştatında kəndlərdən birində 12 nəfər ölüb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, araqdan zəhərlənən 20 nəfər isə ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.

 

Polisin məlumatına görə, xəstəxanaya düşənlərin sayı 30-dan 100-ə qədər arta bilər. 18 insanın vəziyyəti kritik haldadır. Polisin məlumatına görə, zəhərlənmənin səbəbi əldə hazırlanan alkoqollu içki ola bilər.

 

Uttar-Pradeş ştatında keyfiyyətsiz alkoqolla bağlı bu ilk hal deyil. Belə ki, 2013-cü ilin oktyabrında 37 nəfər alkoqol zəhərlənməsindən ölmüşdü.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR