Daha bir kəndə təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şabran rayonunun Qorğan kəndinə ilk dəfə təbii qaz verilib.

İB-dən Metbuat.az-a verilən məlumata görə, 101 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1941 metr polietilen boru ilə daşıyıcı, 10 521 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Şabran rayonunun Sumağava Qazma kəndinin də qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.

DSX-nın hərbi qulluqçusu həyatını itirib - RƏSMİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR