Tokioda təhlükəsizlik tədbirləri gücləndirilir

Tokioda təhlükəsizlik tədbirləri gücləndirilir
13:43 23 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Baş nazirin iqamətgahının damına pilotsuz uçan aparatın enməsi səbəbindən Yaponiyanın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə apreli 23-də Tokio polisi məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polisin məlumatına görə, paytaxtda yerləşən hökumət binalarının, həmçinin imperator sarayının bir neçə yüz metr radiusunda əlavə mühafizə təşkil olunub. Bundan başqa, Yaponiyanın Baş naziri Sidzo Ade Baş Polis İdarəsinin rəisi Masaxito Kanetakaya ölkənin vacib obyektlərinin hava məkanının mühafizəsini də gücləndirməyi tapşırıb.
Qeyd edək ki, aprelin 22-də Yaponiya Baş nazirinin iqamətgahının damında dörd pərli pilotsuz uçan aparat aşkarlanıb. Bu tip aparatlar Yaponiyada açıq şəkildə satılır. Pilotsuz uçan aparata radiasiya təhlükəsi işarəsinin əks olunduğu qeyri-şəffaf plastik butulka bərkidilib. Analizlərdən sonra butulkanın həqiqətən də insana zərər vurmayacaq həddə radiasiya şüalanması saçdığı aydınlaşıb.
İstisna edilmir ki, Baş nazirinin iqamətgahının damında enən pilotsuz uçan aparat Yaponiya hakimiyyətinə “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən qəza ilə əlaqədar bir siqnal olaraq göndərilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tokioda_tehlukesizlik_tedbirleri_guclendirilir-848996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR