Adnan Oktarın qanunsuz mülkləri söküləcək

Müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən “Harun Yəhya” adı ilə tanınan təriqət lideri Adnan Oktarın Qəndillidəki villasının yerləşdiyi ərazidə qanunsuz tikililərin sökülməsi barədə qərar çıxarılıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, həmin tikililər üçün əlavə olaraq 176 min lirə (təxminən 45 min manat) də cərimə kəsilib.

Ərazidə çoxlu sayda 1, 2 və 3 mərtəbəli evlər və müxtəlif təyinatlı obyektlər mövcuddur.

Məlumat üçün bidirək ki, A.Oktarın İstanbulun Çəngəlköy səmtində 30 hektar ərazidə tikilmiş 100 otaqlı villası da var.

Qeyd edək ki, 11 iyulda İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə – 4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar və yüzlərlə polis cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR