Azərbaycanda dostları bəyə elə bir sürpriz etdi ki...

Dostlarından toyu olan bəyə maraqlı sürpriz: Bu dəfə traktorlar fərqli məqsədlə istifadə edilib.

Metbuat.az sputnik.az-a istinadla xəbər verir ki, müxtəlif rəngli şarlar, qırmızı lentlər bağlanan traktorlar bu dəfə təsərrüfat işləri üçün deyil, gəlin karvanı üçün bəzədilib. Goranboy rayonunun Xanqərvənd kəndində keçirilən toy məclisində mexanizator həmkarları bəyi təəccübləndirmək məqsədilə belə bir addım atıblar. Onlar bəzədilmiş traktorlarla mexanizator işləyən Tural Həsənovun toy karvanına qoşularaq, maraqlı görüntü yaradıblar.

Toyda maraqlı anlar bununla bitməyib. Belə ki, dostları daha sonra T.Həsənovu öz traktoru ilə "Bəy tərifi" mərasiminə gətiriblər. Maraqlı görüntülərlə gerçəkləşən toy məclisi uzun müddət xanqərvəndlilərin xatirələrində qalacaq.


İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR