Azərbaycanda bu yumurta 29 manata SATILIR

Xaçmazda bir ədəd yumurta 29 manata satılır.

Metbuat.az xəbər verir ki, bu yumurtadan həm suvenir, həm də gecə işığı kimi istifadə etmək mümkündür.

Fərmail Əhmədov – Suvenir düzəldən: “Öncə internetdə bir şəkil çıxdı qarşıma, maraqlı gəldi. Yumurta qabığı incədir, üzərində işləmək səbr tələb edir. Başladım araşdırmağa. Necə işləndiyini öyrəndim. Detalları, rəsm və naxışları çəkməyi, yumurtanın içindəki zərini çıxarmağı xırda-xırda öyrəndim. Fərqi yoxdur, qaz yumurtası, toyuq yumurtası. Əsas odur ki, keyfiyyətli olsun.

İxtisasca elektrik mühəndisi olan Fərmail Əhmədov bu işi 4 ilə öyrənib. Bir yumurtadan suvenir hazırlamaq üçün bəzən 2-3 saat, bəzən isə 2 gün vaxt lazım olur. İki ay öncə ABAD-a müraciət edib. Hazırladığı nümunələr ABAD-ın sərgi və satış mərkəzlərində 29 manata alıcılara təklif olunur. Əsas alıcıları xarici ölkə vətəndaşlarıdır”.


Fərmail Əhmədov – Suvenir düzəldən: “Əvvəllər satmağı düşünmürdüm. Hədiyyə edirdim düzəltdiklərimi. Amma bu gün ABAD-ın sayəsində satış təşkil edirəm. Bazara çıxa bilmişəm. Turistlər gəlir alır və əl işlərim müxtəlif ölkələrə gedir. Hal-hazırda məndə olan siyahıya görə dünyanın bir çox yerində əl işlərim var. Bu da mənə bir zövq verir”.


Fərmail hazırladığı əl işləri ilə paytaxtda təşkil olunan sərgilərdə iştirak edib.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR