"Günəşli" yatağında yeni quyu qazılır

"Günəşli" yatağında yeni quyu qazılır
13:47 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Xəzər dənizinin "Günəşli" yatağındakı 11-ci özüldən 344 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Layihə dərinliyi 3 100 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gunesli-yataginda-yeni-quyu-qazilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR