Bu yollarda rənglənmə işləri aparılır

Sentyabrın 4-ü avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Heydər Əliyev prospektindən Keşlə-Mərkəzi yolu və Davud Aslan küçəsinə kimi üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən həmin yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR