““Mercedes” sürürdü, dedim yəqin pulu olar”

Paytaxtda quldurluq faktı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturaraq Qala qəsəbəsinə gedəcəklərini bildiriblər və qəsəbə ərazisində sürücünü bıçaqla hədələyiblər.

Sürücünün 35 manat pulunu, mobil telefonunu və avtomobilinin açarlarını alıb hadisə yerini tərk ediblər.

Xəzər rayon polis idarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıb. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarları olan çanta götürülüb.

Ümid Kərimov – Saxlanılan şəxs: “Taksi gəldi, “miqat”elədi. Saxlatdırdım, gördüm 45 yaşlı day-daydı. “Mercedes” sürürdü. Səliqəli maşın idi. Dedim, yəqin pulu olar”.

Elçin Teymurov – Saxlanılan şəxs: “Balaca bıçaq Ümiddə idi. Dedik nə pul var, ver”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aparılıb, araşdırmalar aparılır.


İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR