Türklərə dollar şoku

Türklərə dollar şoku
13:47 23 Aprel 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dollar rekord həddə bahalaşıb.

Anspress-in məlumatına görə, Türkiyə Mərkəzi Bankının aprel ayı üzrə açıqladığı faiz siyasətindən sonra ABŞ valyutası sürətlə bahalaşmağa başlayıb. Bu səhər 1 dollar 2.7327 TL-yə çatıb və yeni rekord qırıb.

Türkiyədə dollarla yanaşı, avronun da bahalaşması müşahidə olunur. Hazırda 1 avro 2.9220 lirəyə çatıb.

Xatırladaq ki, dünən Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.

Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR