Hamamda əxlaqsızlıqda ittiham olunan kişilər azadlığa buraxıldı (FOTO)

Hamamda əxlaqsızlıqda ittiham olunan kişilər azadlığa buraxıldı (FOTO)
03:56 13 Yanvar 2015
222 Sosial
Ölkə mətbuatı
A- A+

Misir məhkəməsi ötən ay Qahirədəki hamamda keçirilən reyddən sonra həbs edilən və "əxlaqsızlığa təhrik etməkdə" ittiham olunan 26 kişini azad edib.

ANS PRESS-in məlumatına görə, onların həbsindən bir ay öncə 8 kişi "mavilərin nikahını" göstərən videoda iştirak etdiklərinə görə həbs edilmişdi.
Azadlığa buraxılanların ailə üzvləri məhkəmə qərarını sevinclə qarşılayıb.

Britaniyanın "The Daily Telegraph" qəzetinin müxbiri Louisa Lovelak məhkəmədə iştirak edib.

Onun sözlərinə görə, məhkəmə zalındakı məhbəsdə bir-birinə qandallanmış vəziyyətdə saxlanılan kişilər öz üzlərini gizlətməyə çalışıblar.

Qeyd edək ki, Misirdə homoseksuallıq qanunidir lakin, insan haqları qrupları Misirin mavilərlə rəftarını sərt tənqid edir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR