“Misir dünya uşaqlarının gözündə” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

13:48 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Bakıdakı Misir Mədəniyyət Mərkəzində 2012/2013-cü illərdə Misir Ərəb Respublikasında keçirilən “Misir dünya uşaqlarının gözündə” mövzusunda rəsm müsabiqəsində uğur qazanan azərbaycanlı gənc istedadların mükafatlandırılması mərasimi olub.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu qurumun direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra Bakı Rəsm Qalereyasının rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev, Azərbaycan Milli Elmlər Akademiyası Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərvinə Əfəndiyeva iştirakçıları təbrik edib, uğurlar arzulayıblar.
Müsabiqədə iştirak edən 15 azərbaycanlı gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki qızıl, iki gümüş medala və sertifikatlara layiq görülüblər.
Tədbirdə ölkəmizi bu rəsm müsabiqəsində təmsil edən Sumqayıt şəhəri, Quba, Lənkəran, İsmayillı və digər rayonların incəsənət məktəblərindən olan qaliblər, həmin məktəblərin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_dunya_usaqlarinin_gozunde_movzusunda_resm_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-848997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR