“Ermənistanda yoxsulluq nəticəsində uşaqlar kimsəsizlər evinə atılır"

“Ermənistanda yoxsulluq bioloji valideynləri uşaqlarını kimsəsizlər evinə atmağa məcbur edir”.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib.

O qeyd edib ki, uşaqlar gələcəyimiz olduğundan dövlət hər bir uşağın bioloji ailədə böyümə hüququnda maraqlı olmalıdır.

Ombudsman bildirib ki, mövcud problemlər arasında xüsusi təhsilə ehtiyacı olan şəxslərə təhsilin əlçatanlığı məsələsi də var ki, bu məsələlər də dövlət tərəfindən nəzərdən keçirilməlidir.

Tatoyan ötən illərdə uşaqların xüsusi müəssisələrdə zorakılığa məruz qalması ilə bağlı faktların olduğunu diqqətə çatdırıb.

Ermənistanın Əmək və Sosial İşlər nazirinin müavini Arsen Manukyan da respublikada qəyyumluq institutunun inkişafına ehtiyac olduğunu vurğulayıb. O, ölkədə gündüz qayğı mərkəzlərini yaratmaq üçün gündüz saatlarında xüsusi məktəblərin və uşaq evlərinin yenidən qurulmasına ehtiyac olduğunu diqqətə çatdırıb.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR