İdlibdə əməliyyatlar başladı

Bu gün səhər saatlarından başlayaraq Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib bölgəsinə 20 raket zərbəsi endirib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bununla da, 22 gün fasilədən sonra İdlibdə hərbi əməliyyatlara start verilib. İdlibdə sığınan suriyalı silahlı müxalifət 3 ədəd rus qırıcı təyyarəsinin Suriyanın Hmeymim bölgəsində yerləşən Rusiya aviabazasından havaya qalxaraq hücum etdiklərini bildirib.

Həmçinin, Suriya hökumət ordusunun da fasilələrlə zirehli tanklardan İdlibin Karkur və Kastun təpələrini top atəşinə tutduğu qeyd olunur.

Hücumun ardından Kremldən əməliyyatlarla bağlı açıqlama da gəlib. Bildirilir ki, “İdlibdəki son vəziyyət Rusiya-Türkiyə-İran prezidentlərinin Tehran zirvəsində müzakirə olunacaq. Trampın xəbərdarlığı problemin həlli üçün kifayət etmir. İdlibdəki terrorçular Suriyadakı Rusiya hərbi bazaları üçün təhdiddir və Suriyada sülhə nail olunmasına əngəl törədir.”

Türkiyə də İdliblə sərhəd Hatay bölgəsinə, o cümlədən Kilisə çoxsaylı zirehli texnika və hərbi heyət cəmləşdirib. Məqsəd hərbi əməliyyatlar nəticəsində Türkiyəyə qaçqın axınının qarşısını almaq və İdlibdəki terrorçuların ölkə ərazisinə keçməsinə imkan verməməkdir.

Xatırladaq ki, İdlib suriyalı silahlı müxalifətin son dayaq nöqtəsidir və bölgədə 4 milyon əhali yaşayır. BMT və bir çox dövlətlər, həmçinin, ABŞ prezidenti Donald Tramp İdlibdə istənilən əməliyyatın humanitar fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib. Bəşər Əsəd hökuməti isə bütün Suriya ərazisi üzrə hakimiyyətini bərpa etməkdə israrlıdır. Bu işdə Dəməşqə Rusiya və İran da dəstək göstərir.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR