Play Store

Göygöldə yol qəzası baş verib, yaralılar var

12:52 23 Aprel 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 13:45 ]


Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 23-də Gəncə-Göygöl avtomobil yolunda 5-ci kilometrliyində qeydə alınıb.

 

Kəlbəcər rayon sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə, həmyerlisi 1971-ci il təvəllüdlü İqbal Bayramovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü və avtomobildə olan bir sərnişin xəsarət alıb. Yaralılar Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR