Play Store

Qadın və uşaqları qıranlara "Bentley" hədiyyəsi

12:52 23 Aprel 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə şahzadəsi Yəməni bombalayan pilotlara "Bentley" hədiyyə edəcək.

Anspress-in məlumatına görə, dünyanın ən zəngin şəxslərindən biri olaraq tanınan Səudiyyə şahzadəsi Əl-Vəlid Bin Talal Yəmən əməliyyatına qatılan pilotların hər birinə 1 milyon dollar dəyərində lüks avtomobil verəcək.

Twitter-də 300 milyon dollarlıq hissə payı olan və 23 milyard dollarlıq sərvətə sahib olan Talal pilotlara verilməsi üçün 100 "Bentley" sifariş verib.

Qeyd edək ki, dünyanın ən varlı 16-cı milyonçusu sayılan Talal bundan öncə də analoji addım atmışdı. Şahzadə Səudiyyə Ərəbistanı millisinin oyunçularına 25 "Bentley" hədiyyə etmişdi.

Məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin bombardmanı nəticəsində Yəməndə 1000-dən çox şəxs dünyasını dəyişib, 4 mindən artıq şəxs isə yaralanıb. Bunların əksəriyyəti aralarında uşaq və qadınların da olduğu mülki vətəndaşlardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR