Barselona hər gün 400 miqrant və qaçqın qəbul edir

Barselonadakı müvəqqəti qalma mərkəzinə hər gün təxminən dörd yüz miqrant və qaçqın daxil olur.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Kataloniya paytaxtı meriyasının məlumatına görə, cari ilin əvvəlindən bu müəssisə 12,6 min insana kömək göstərib. Onların min nəfərdən çoxu yetkinlik yaşına çatmayanlardır.

Barselona bələdiyyəsində qaçqınların sayının əhəmiyyətli dərəcədə artmasını qeyd edirlər: cari ilin yeddi ayı ərzində bu rəqəm bütün 2017-ci il ərzində ümumi saydan çox olub.

Şəhərin hakimiyyət orqanlarının sözlərinə görə, dövlət büdcəsində və regional büdcədə miqrantların belə axınını qəbul etmək üçün resurslar nəzərdə tutulmayıb. Bildirilir ki, meriya bu məqsədlər üçün demək olar ki, 6 milyon avro ayırıb. Son aylarda Barselonada miqrantların və qaçqınların yerləşdirilməsi və onlara tibbi, hüquqi və psixoloji kömək göstərilməsi üçün yerlərin kəskin çatışmazlığı hiss olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR