“Samsung”un fabrikində baş verən qaz sızması insan tələfatına səbəb olub

“Samsung Electronics” şirkətinin yarımkeçiricilər fabrikində qaz sızması nəticəsində bir nəfər ölüb, 2 nəfər huşsuz vəziyyətdə tapılıb.

Metbuat.az Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə Cənubi Koreyanın Qiheunq şəhərindəki fabrikin istehsal xəttində baş verib. Ölən və xəsarət alan işçilər fabrikdə bəzi avadanlığı dəyişdirən yanğın mühafizəsi şirkətinin işçiləri olub.

Qeyd edək ki, oxşar hadisə 2014-cü ildə “Samsung”un Suvon şəhərindəki araşdırma mərkəzində baş vermişdi. Həmin vaxt müqavilə ilə işləyən fəhlə qaz sızmasından ölmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR