​Rusiya hərbi qüvvələrinin Aralıq dənizində təlimləri davam edir

Rusiya hərbi qüvvələrinin Aralıq dənizində irimiqyaslı təlimləri davam edir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbçilər təlimin ilk günlərində çətin tapşırıqları uğurla yerinə yetirib. Məşqlərə 2-si sualtı olmaqla 26 hərbi gəmi və 34 qırıcı cəlb edilib. Sentyabrın 1-də başlayan təlimlər 1 həftə davam edəcək.

Qeyd edək ki, Rusiya ilk dəfədir Aralıq dənizində hava qüvvələrinin iştirakı ilə təlimlər təşkil edir.Ötən həftə göyərtəsində döyüş raketlərinin olduğu Amerika Birləşmiş Ştatlarına məxsus hərbi gəmi Aralıq dənizinə daxil olub. Vaşinqtonun Suriyanı bombalayacağı irəli sürülür. Ekspertlər isə iddia edir ki, təlimlərin məqsədi Vaşinqtonun Suriyaya qarşı mümkün raket hücumunu zərərsizləşdirməkdir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR