Arılar insanlara hücum etdi - Festivalda DƏHŞƏT

Almaniyanın Karlsrue şəhərində təşkil olunan ənənəvi şərab festivalı zamanı xoşagəlməz hadisə baş verib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, yüzlərlə arı festival iştirakçılarına hücum edib. Nəticədə 18 nəfər xəsarət alıb.Onlar xəstəxanaya yerləşdirilib. Bildirilir ki, hadisə iştirakçılar üzüm bağlarının yaxınlığında gəzərkən baş verib.

Hadisədən dərhal sonra əraziyə çox sayda polis, yanğınsöndürən və xilasedicilər cəlb olunub. Arıların ərazidən uzaqlaşdırılması üçün festivalın keçirildiyi məkan nəzarətə götürülüb. İnsanlar ərazidən təxliyə edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR