Çavuşoğlu Pompeo ilə telefonda İdlib və Mənbici müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə diplomatik mənbə xəbər yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Suriyanın İdlib və Mənbic şəhərlərindəki durum müzakirə olunub.

Telefon danışığının ABŞ tərəfinin istəyi ilə baş tutduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR