"Millini "Real"a dəyişdiyim üçün peşman deyiləm" - Lopeteqi

"Real"ın baş məşqçisi Xulen Lopeteqi DÇ-2018-in startına az qalmış İspaniya millisindən qovulması məsələsinə aydınlıq gətirib.

Metbuat.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis yığmadan ayrılıb "Real"ın sükanı arxasına keçdiyi üçün peşman olmadığını bildirib:

"Bu, adi qərar idi. Yenə olsaydı, yenə eyni addımı atardım. Mən dürüst hərəkət etdim və heç nəyə görə təəssüflənmirəm. Olanları dəyişə bilmərik. Geriyə baxmaq istəmirəm. Təqdimat mərasimində öz hisslərimi bildirdim. O gündən bu yana heç nə dəyişməyib".

Lopeteqi millinin yeni baş məşqçisi Luis Enrike haqda da danışıb: "Ümid edirəm ki, yığmadakı işi yaxşı alınacaq. Qarşısında böyük hədəflər dayanır. Hər zaman İspaniya millisinin azarkeşi olaraq qalacağam. Amma "Real"ı çalışdırdığım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Lopeteqi DÇ-2018-in başlamasına 2 gün qalmış "Real"la anlaşdığı üçün İspaniya millisindən istefaya göndərilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR