“Rabitəbank” “Master Card” istifadəçilərinə Nyu-Yorka səyahət imkanı qazandırır

13:57 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 13:51 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC-nin “Master Card” plastik kartlarından alış-veriş zamanı istifadə edən müştərilər “Qiymətsiz Üstünlüklər” adlı tirajlı stimullaşdırıcı lotereyanın iştirakçısı olmaqla müxtəlif hədiyyələrin sahibi olmaq şansı əldə edəcəklər.  

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aprelin 3-dən iyulun 3-dək müddəti əhatə edən lotereya çərçivəsində “Master Card”la nağdsız POS-terminallar və ya elektron olaraq həyata keçirilən və dəyəri 1 manat və daha yuxarı olan bütün əməliyyatlar kart sahibinə uduş şansı yaradır.

 

Əməliyyatlar “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda aparılmalıdır. Biletlər virtual şəkildə avtomatik olaraq müştərilərin iş kodlarının əsasında müəyyənləşir. Həyata keçirilən 1 nağdsız əməliyyat bir bilet şansı qazandırır, biletlər əməliyyatların sayına uyğun olaraq formalaşır: 15 ödəniş edən müştəri 15 bilet şansı əldə edir.

 

Uduş fonduna aşağıdakı hədiyyələr daxildir: 8 ədəd iPhone 6, 20 ədəd hər biri 100 manat məbləğində hədiyyə sertifikatı; və uduş fondunun ən dəyərli hədiyəsi olan Nyu-Yorka iki nəfərlik səyahət paketi. Hədiyyə sertifikatları yalnız partnyorların şəbəkədaxili mağazalarında istifadə oluna bilər.

 

Səyahət paketə iki nəfərlik dörd gecəlik dörd ulduzlu otel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçi müşayiəti ilə Nyu-York şəhəri turu, həmçinin, MasterCard ilə alış-veriş üçün 1 000 manat “MasterCard” tərəfindən qalibin plastik kartına təmin ediləcək. Uduşlar pul ilə əvəzlənə bilməz.

 

Qaliblərin seçimi iyulun 10-da “McCann Erickson” tərəfindən xüsusi proqram vasitəsilə təsadüfi seçim prinsipi əsasında həyata keçiriləcək. Lotereya haqqında ətraflı məlumatla “MasterCard” şirkətinin rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

 

Qeyd edək ki, 1993-cü ildən etibarən ölkədə fəaliyyət göstərən “Rabitəbank” ASC, hal-hazırda 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə kiçik və orta sahibkarlara xidmətlərini göstərməkdə davam edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR