"Total" “Abşeron” yatağından ilk qazın alınacağı tarix barədə

“Abşeron” yatağından ilk qazı 2020-ci ilin üçüncü rübündə əldə etmək planlaşdırılır.

Bu barədə Metbuat.az-a yatağın işlənməsi üzrə operator “Total” (Fransa) şirkətindən bildiriblər.

Qeyd olunur ki, yatağın işlənməsinin birinci mərhələsi üzrə işlər davam edir:

“Birinci qiymətləndirmə quyusunun qazılması bu ilin fevralında başlayıb və 2019-cu ilin ortalarında başa çatacaq. Ətraflı injinirinq avqustda başlayıb. İlk qazın isə 2020-ci ilin üçüncü rübündə əldə olunması planlaşdırılır”.

Şirkətdən bildiriblər ki, birinci mərhələ “erkən istehsal sxemi”nə əsaslanıb:

“Qiymətləndirmə quyusu 35 kilometrlik sualtı xətlə "Neft Daşları" ilə əlaqələndirilib. "Neft Daşları"nda “Abşeron”dan qaz axınını əldə edəcək platforma tikiləcək. Burada qaz ehtiyatları ilkin emal olunacaq, daha sonra bu, mövcud müəssisələrə göndirələcək. İkinci mərhələyə gəldikdə isə, onun işlənməsi sxemi artıq müəyyən edilib. Bununla belə, birinci kəşfiyyat quyusunun qazılması zamanı əldə olunan məlumatlara əsaslanmaq lazımdır”.

“Total” şirkətindən həmçinin bildiriblər ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Ümid-Babək” yatağı üzrə danışıqlar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR