Nazirin olduğu lift şaxtaya düşdü - 10 metr hündürlükdən

Argentinanın sənaye naziri Dante Sikanın olduğu lift şaxtaya düşüb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Sənaye ittifaqının konfransı zamanı baş verib.

Nazir və daha bir neçə nəfər içəridə olarkən lift 10 metr hündürlükdən şaxtaya düşüb. Hadisə nəticəsində nazir və liftdə olan digər şəxslər bərk qorxasalar da, ciddi xəsarət almayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR