Play Store

Bakıda məktəblinin ölümü barədə yeni xəbər

Bakıda məktəblinin ölümü barədə yeni xəbər
13:01 23 Aprel 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

ANS PRESS-in nazirliyin saytına istinadən məlumatına görə, aprelin 22-də saat 09 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub. Qəza nəticəsində o, hadisə yerində ölüb.

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini Nurlan Fərhadov saxlanılıb.

Qeyd edək ki, qəzada ölən piyadanın 9 yaşı var və o, orta məktəbin 3-cü sinif şagirdidir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR