"Həyatımla bağlı bu önəmli qərarı verəcəm” - Könül Nağıyeva

"Həyatımla bağlı bu önəmli qərarı verəcəm” -  Könül Nağıyeva
14:01 23 Aprel 2015
190 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa, “Nargis” Nəşriyyat Evinin direktoru Könül Nağıyevadan yeni xəbər var.

Axşam.az-ın əməkdaşı ilə söhbətində aktrisa türk rejissorlardan yeni təkliflər aldığını bildirib.

Çəkildiyi “Tərkedilmiş” filmindən söz açan K.Nağıyeva təəssüratlarını bölüşüb:

“Mən və tərəf müqabilim Kamran Ağabalayev tənqid eşitməyi çox istəyirdik. İnsan birinci işindəki səhvləri bilib, ikincidə təkrarlamamağa çalışır. “Tərkedilmiş”dən sonra heç kimdən tənqid eşitmədik. Hamı tərifləyirdi. Bu ekran işi Türkiyə üçün nəzərdə tutulmuşdu. Mən və Kamrana görə Bakıda da nümayiş edildi. Türkiyədəki rejissorlardan yeni təkliflər almışıq. Kamranla birlikdə olacağımız ekran işi də, ayrı-ayrı çəkiləcəklərimiz də var. Bakıda bir filmdə rol alacam. Çəkilişləri mayda olacaq. Onu başa vurub Tükiyədəki layihələrə start verəcəm”.

K.Nağıyeva aktrisalığa görə, hazırda məşğul olduğu bütün peşələri atmaqdan çəkinmədiyini də bildirib:

“Hər zaman demişəm: aktrisalıq fəaliyyətimi daha da genişləndirmək üçün hər şeyi ataram. Türkiyədə dəvət aldığım filmin çəkilişləri sentyabrda başlayacaq. Eləcə də bir seriala dəvət olunmuşam. Orada tərəf müqabillərim tanınmış simalardır. Serial uzun müddət Türkiyədə yaşamağımı tələb edir. Düzdür, qərar vermək çətindir. Mənim ailəm, oğlum Bakıda yaşayır. Buna görə də ciddi düşünüb qərar verməliyəm. Yayda istirahət edəcəm. Eyni zamanda da layihələrlə bağlı fikirləşməliyəm. Yayda həyatımla bağlı bu önəmli qərarı verəcəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR